...

Azərbaycanda Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə "Yedinaya Rossiya" partiyası liderlik edir

Siyasət Materials 3 Dekabr 2007 13:54 (UTC +04:00)
Azərbaycanda Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə "Yedinaya Rossiya" partiyası liderlik edir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanda Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə "Yedinaya Rossiya" ("Vahid Rusiya") partiyası liderlik edir. Azərbaycanda aparılan ilkin hesablamalara əsasən, seçicilərin dörddə üç hissəsi "Yedinaya Rossiya" partiyasının lehinə səs verib. Bu barədə ötən bazar günü Azərbaycanda müvəqqəti olaraq yaşayan Rusiya vətəndaşlarının səs verdikləri Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir.

İkinci yeri RF-nin Kommunist Partiyası, üçüncü yeri isə Liberal Demokrat Partiyası (RLDP) tutur. Səsvermə günü Azərbaycanda 1497 seçici səs verib. Azərbaycanda iki seçki məntəqəsi yaradılıb, Bakıda səfirlikdə və Qəbələdə, burada seçki məntəqəsi ailələləri ilə birlikdə Qəbələdə yaşayan və "Dəryal" RLS-də xidmət edən Rusiya hərbçiləri üçün yaradılıb.

RF-nin Mərkəzi Seçki Komissiyasının rəhbəri Vladimir Çurovun bazar ertəsi verdiyi məlumata görə, Dövlət Dumasına keçirilən seçkilərdə bülletenlərin demək olar ki, 98%-nin hesablanması nəticəsində "Yedinaya Rossiya" partiyası səslərin 64,1%-ni toplayıb və 43 mln. dan çox seçicinin səsini qazanb. RBK-nın verdiyi məlumatda belə deyilir.

Moskva vaxtı ilə dekabrın 3-də saat 10:00-da verilən son məlumata görə, RF-nin Kommunist Partiyası 8 mln. dan çox (səslərin 11,6%-i), RLDP 5,5 mln. dan çox (səslərin 8,2%-i), "Spravedlivaya Rossiya" ("Ədalətli Rusiya") 5,2 mln.dan çox (səslərin 7,8%-i) seçicinin səsini qazanıb.

Xəbər lenti

Xəbər lenti