...

Müxalifət partiyaları arasında əməkdaşlıq sazişi imzalandı

Siyasət Materials 12 Dekabr 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ 16 müxalifət partiyası çərşənbə günü əməkdaşlığa dair saziş imzalayıb. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlmat verib.

Saziş Açıq Cəmiyyət, KXCP, Milli İstiqlal, Tərəqqi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Böyük Quruluş, Ümid, Vətəndaş Həmrəyliyi, Bizim Azərbaycan bloku (XQP, AFP, TMP, AAP), "Azərbaycan yolu" Siyasi Hərəkatı, Azadlıq, Milli Demokrat partiyalarının sədrləri tərəfindən imzalanıb.

Bu partiyaların imzaladığı sənəddə bildirilir ki, Azərbaycanda demorkrtik seçki keçirilməsi, seçkiöncəsi demokratik mühitin yaradılması, mətbuat və siyasi azadlıqların təmin olunması, Seçki Məcəlləsinin dəyişdirilməsi məqsədilə, fəaliyyətlərini əlaqələndirəcəklər. Həmçinin, öhdəlik götürürlər ki, seçkiöncəsi demokratik toplumun fəallaşması üçün birgə fəaliyyət göstərəcəklər, bir-birilərinin əleyhinə təbliğat aparmayacaqlar.

Əməkdaşlığın məqsədləri və öhdəliklərini əks etdirən bəyanat qəbul olunub və partiya sədrləri tərəfindən imzalanıb.

Adları çəkilən 16 partiya sağ mərkəzçi, millətçi partiyalardır və müxalifət düşərgəsində təmsil olunurlar. BQP, BAXCP, VHP, Ümid partiyalarının sədrləri Milli Məclisin deputatlarıdır.

Xəbər lenti

Xəbər lenti