...

GUAM milli koordinatorları Kiyevdə görüşəcəklər

Siyasət Materials 15 Yanvar 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S.Ağayeva/ Fevral ayında Kiyevdə "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" milli koordinatorlarının növbəti görüşünün təşkil edilməsi planlaşdırılır. Ukrayna paytaxtında milli koordinatorların iclasından öncə ekspertlərin görüşü keçiriləcək və Milli Koordinatorlar Şurası (MKŞ) iclasının gündəliyi hazırlanacaq. Bu barədə çərşənbə axşamı Kiyevdən telefonla GUAM Katibliyindən məlumat verilib.

MKŞ iclasında GUAM-ın institusional inkişafı və təşkilati fəaliyyət məsələlərinin müzakirə olunacağı nəzərdə tutulub. Həmçinin beynəlxalq və regional təhlükəsizlik və stabillik məsələləri, GUAM-a üzv ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar, ilk növbədə BMT və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən GUAM-ın digər beynəlxalq təşkilatlar və dövlətlərlə əməkdaşlığının inkişafı məsələsi müzakirə olunacaq.

Məhz bu məsələləri bu gün Bakıda təşkilatın baş katibi Valeri Çeçelaşvili Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov və onun müavini, təşkilatda Azərbaycanın milli koordinatoru Araz Əzimovla müzakirə edir.

GUAM-ın formatı 1997-ci ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq sammiti zamanı postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub. Təşkilat əvvəlcə enerji daşıyıcılarının nəqli layihəsinin iştirakçısı olacaq potensial ölkələrin iqtisadi birliyi kimi yaradılıb.

Xəbər lenti

Xəbər lenti