...

Aİ və NATO Kosovoda qalmalıdırlar-amerikalı ekspert Layal

Siyasət Materials 18 Yanvar 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar/ Trend , müxbir A.Qasımova/ Avropa İttfaqı və NATO-ya Kosovoda müşahidəçi missiyasını, onun müstəqillik haqqında Bəyannamə qəbul etdiyi halda da saxlamaq lazımdır. ABŞ-ın Prinston Universitetinin eskperti Ceyson Layal belə hesab edir. Aİ və NATO Kosovoda qalmalıdırlar ki, Bəyannamənin qəbulundan sonra heç bir zorakılığın baş verməyəcəyinə zəmanətləri olsun" -Layal cümə günü elektron poçtu ilə Trend -ə bildirib.

ABŞ nümayəndələri və Aİ-nin bəzi üzvləri BMT-nin Təhlükəsizlik Şurasında yanvarın əvvəlində rəsmi olaraq Kosovo problemi üzrə dialoqun imkanlarının tükəndiyini və danışıqların davam etdirilməsinin mənasız olduğunu bildiriblər. Onların mövqeyinə əsasən, bundan sonra Kosovo probelminin həllinə görə cavabdehliyi Avropa İttifaqı və NATO öz üzərinə götürür.

Layalın sözlərinə görə, Aİ-yə onların təhlükəsizliyini təmin etmək üçün serb azlığının ərazisində, əasən də, Kosovonun şimal regionunda iştirak etmək lazımdır. "Bu, münaqişə üzərində nəzarəti saxlamağa və Serbiya tərəfdən serb azlıqlarının adından hər hansı bir müdaxilənin qarşısını almağa kömək edəcək" - ekspert bildirib. Layal, həmçinin, Aİ və ABŞ-ın Kosovo ilə öz iqtisadi münasibətlərini inkişaf etdirməli olduqlarını qeyd edib. "Biz Kosovonun müstəqillik Bəyannaməsinin nəticələri haqqında düşünməliyik. Hələ ki, orada münaqişənin qarşısını alan və bütün tərəflər üçün tətbiq edilə biləcək diplomatik razılaşma yoxdur", - o əlavə edib.

BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində, Kosovonun statusunun müəyyən edilməsi bağlanılıb və BMT divarlarında həll edilə bilməz. Bu barədə ABŞ-ın daimi nümayəndəsi Zalmay Xəlilzad Təhlükəsizlik Şurasındakı məsləhətləşmələrdən sonra bildirib. Xəlilzadın sözlərinə görə, Marti Axtisaarinin ölkənin alban çoxluğu ilə müstəqil statusunu nəzərdə tutan planı beynəlxalq ictimaiyyət tərəfindən baxılan yeganə qərardır. Amerikalı daimi nümayəndə, eyni zamanda, Kosovonun statusu üzrə son qərar üçün vaxtın gəlib çatmadığını qeyd edib.

Fransa prezidenti Nikolya Sarkozi ötən həftə Aİ-nin BMT-nin sülhməramlı korpusunu əvəz etmək üçün Kosovoya 1800 nəfərdən ibarət mülki polis göndərəcəyini bildirib. Sarkozi Avropa İttfaqı liderlərinin bu qərarı birgə qəbul etdiklərini və bunun Kosovonun müstəqilliyinin qaçılmaz olduğu anlamına gəldiyini bildirib.

Kosovo tarixən, son zamanlar etnik çoxluğunun albanlara məxsus olduğu, serb ölkəsidir. Kosovo rəsmi olaraq, Serbiya və Çernoqoriyanın tərkibindədir. Kosovoda öz hakimiyyətləri, güc strukturları, valyuta (avro və dollar) vergilər və rüsmlar var. Kosovo tərəfdən hava məkanı və dövlət sərhədi də Belqradın nəzarətində deyil. BMT TŞ-nın 1244 saylı Qətnaməsinə uyğun olaraq, Kosovo Serbiyanın tərkibindən Yuqoslaviyanın (hazırda dağılmaq üzrə olan Serbiya və Çernoqoriyanın dövlət birliyi) tərkibinə keçib. Kosovo 1999-cu ilin yayından, Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq, BMT və NATO-nun nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti