...

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri münaqişə tərəflərinin mövqelərinin yaxşınlaşmasına imkan verəcək -ATƏT-in nümayəndəsi (video)

Siyasət Materials 4 Fevral 2008 20:19 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri münaqişə tərəflərinin mövqelərinin yaxşınlaşmasına imkan verəcək -ATƏT-in nümayəndəsi (video)

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir K.Ramazanova/ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri münaqişə tərəflərinin mövqelərinin yaxşınlaşmasına imkan verəcək. ATƏT-in hazırki sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşik belə hesab edir.

"Həmsədrlərin hər görüşü hər iki tərəf üçün məqbul olacaq formul hazırlamağa kömək edir", - həmsədrlərin regiona sonuncu səfərini şərh edən Kaspşik bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə verilən yazılı təkliflərin cavabları ilə əlaqədar olaraq, yanvarın sonunda regiona səfər ediblər.

Kaspşikin sözlərinə görə, Ermənistandakı seçkilərdən sonra həmsədrlərin regiona yeni səfəri və ölkənin yeni seçilən prezidenti ilə danışıqların davam etdirilməsi haqqında danışmaq olar.

Ermənistandakı prezident seçkiləri fevralın 19-na təyin edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti