...

Seçki Məcəlləsi Parlamentə təqdim olunub

Siyasət Materials 5 Fevral 2008 13:45 (UTC +04:00)
Seçki Məcəlləsi Parlamentə təqdim olunub

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir İ.Əlizadə/ Seçki Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar arasında razılıq əldə olunub. "Seçki Məcəlləsinin yeni variantı Parlamentə təqdim olunub və yəqin ki, yaxın günlərdə müzakirəyə çıxarılacaq" - deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Seçki Məcəlləsində hansı dəyişikliklərin edildiyi hələ ki, tam açıqlanmır. Beynəlxalq təşkilatlar və müxalifət seçki komissiyalarının formalaşdırılması ilə bağlı prinsiplərin dəyişdirilməsini istəyir. Hakimiyyət isə bununla razılaşmır.

Xəbər lenti

Xəbər lenti