...

Müxalifət Gürcüstan prezidentinin "marionetləri" ilə danışıqları mənasız hesab edir – müxalifət lideri

Siyasət Materials 11 Fevral 2008 14:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 fevral / Trend , müxbir N.Kirtsxaliya / Birləşmiş müxalifət parlament çoxluğu ilə danışıqların davam etdirilməsində "məna görmür". Bu barədə bazar ertəsi müxalifət liderlərindən biri Qiorqi Xaindrava parlament qarşısında keçirilən brifinqdə bəyan edib.

"Hökumət əvvəl verdikləri vədi yerinə yetirmək üçün heç nə etmir və bu səbəbdən də biz bu görüşləri mənasız hesab edirik" - o bəyan edib. Xaindrava qeyd edib ki, parlament binasında "qanunsuz prezident Saakaşvilinin idarə etdiyi marionetlər" oturublar.

"Bizim nümayəndələrlə danışıqlar aparan bu insanlar qanun qəbul etmək səlahiyyəti almayıblar. Hər şeyi qəsbkar Saakaşvili həll edir və belə bir şəraitdə onlarla danışıqlar aparmaq mənasızdır" - Xaindrava hesab edir.

O qeyd edib ki, müxalifət üc tələbin - MSK sədri Levan Tarxnişvilinin və İctimai Yayımın baş direktoru Tamar Kintsuraşvilinin işdən çıxarılması və 43 siyasi məhbusun azad edilməsi məsələsinin alternativsiz həllindən sonra dialoqu davam etdirməyə hazırdır.

Müxalifətin aksiyasına toxunan Xaindrava qeyd edib ki, fevralın 15-də parlament qarşısında aksiya keçirmək üçün müxalifətin meriyadan icazə almasına ehtiyac yoxdur. "Fevralın 15-də 14.00-da parlamentin binası qarşısında aksiya keçirmək niyyətimizi rəsmi olaraq meriyaya bildirmişik və indi onlar tədbir görməlidlirlər - yolu bağlamaq, iştirakçıların təhlükəsizliyini təmin etmək və s." - Xaindrava deyib.

Müxalifət aksiyanın təşkil olunması haqqında ərizəni cümə günü meriyaya təqdim edib və bu gün cavab gözlənilir.

"Biz öz işimizi etdik, meriyanın icazəsinə bizim ehtiyacımız yoxdur, qoy indi onlar qanunda nəzərdə tutulan bütün tədbirləri görsünlər" - Xaindrava əlavə edib.

Xəbər lenti

Xəbər lenti