...

Azərbaycan prezidenti Polşaya səfəri çərçivəsində Qdansk şəhərinə gedəcək

Siyasət Materials 25 Fevral 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-27-də Polşaya nəzərdə tutulmuş rəsmi səfəri çərçivəsində Qdansk şəhərinə gedəcək.

"Azərbaycan prezidentinin səfəri Varşavada Polşa prezidenti və Baş naziri ilə keçirilən rəsmi görüşlə başlayacaq. Bundan sonra prezident və onu müşayiət edən Azərbaycan hökumətinin nümayəndə heyəti Qdansk şəhərinə gedəcək" - deyə bazar ertəsi Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Pezident Əliyev Qdanskda Azərbaycan neftinin nəql olunacağı neft-emalı zavodu il tanış olacaq.

Xəbər lenti

Xəbər lenti