...

Azərbaycan Parlamentinin başçısı İsveçrəyə səfər edəcək - səfir

Siyasət Materials 29 Fevral 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Mİlli Məclisinin sədri Oqtay Əsədovun İsveçrəyə rəsmi səfəri hazırlanır. Səfər may ayının sonlarına nəzərdə tutulub,- cümə günə Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov Berndən telefonla Trend f bildirib.

Bu səfər İsveçrə Parlamenti Aşağı Palatasının rəhbəri Yeqeszeqi Obristin Azərbaycan Parlamenti spikerinin dəvəti ilə noyabrda Azərbaycana təşkil olunmuş səfərinə cavab xarakteri daşıyır.

Əsədovun nəzərdə tutulan səfəri zamanı iki ölkə arasında qarşılıqlı anlaşma və etimadın təmin edilməsi və çoxsahəli münasibətlərin qurulması məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Azərbaycan Parlamenti spikerinin İsveçrə Parlamentində və hökumətində bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti