...

Azərbaycan Əfqanıstan və İraqdakı sülhməramlılarının sayını artıra bilər

Siyasət Materials 6 Mart 2008 11:44 (UTC +04:00)
Azərbaycan Əfqanıstan və İraqdakı sülhməramlılarının sayını artıra bilər

Azərbaycan, Bakı, 06 mart / Trend ", müxbir İ.Əlizadə/ Kosovodakı sülhməramlılarını geri çağıran Azərbaycan Əfqanıstan və İraqdakı sülhməramlılarının sayını artıra bilər. "Azərbaycanın Əfqanıstan və İraqdakı sülhməramlıların sayını artıracağını istisna etmirəm. Ola bilsin ki, belə bir qərar veriləcək " - deyə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirirlər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər.

Azərbaycan Parlamenti martın 4- də keçirilən iclasında Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən azərbaycanlı sülhməramlılarını geri çağırılması haqda qərar qəbul elib.

Səfir qeyd edib ki, Azərbaycan münaqişə bölgələrində sülhün yaradılması prosesindəki iştirakını davam etdirəcək.

Xasıyev bildirib ki, Azərbaycanın Kosovodakı sulhməramlılarını geri çağırması, NATO ilə Azərbaycan arasındakı əlaqələrə mənfi təsir göstərməyəcək.

"NATO Azərbaycanın suveren qərarına hörmət edir" - deyə səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti