...

Azərbaycan hərbi nümayəndə heyəti Ukraynada səfərdədir

Siyasət Materials 26 Mart 2008 17:05 (UTC +04:00)
Azərbaycan hərbi nümayəndə heyəti Ukraynada səfərdədir

Ukrayna, Kiyev, 26 mart/ Trend müxbir Z.Novosvitski/ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Operativ və Hərbi Hazırlıq İdarəsinin zabiti polkovnik-leytenant Zülfüqar Abdullayevin başçılığı ilə Azərbaycanın hərbçilərdən ibarət nümayəndə heyəti Kiyevdə səfərdədir.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti idarəsindən bildirdikləri kimi, Azərbaycan hərbçilərinin səfərinin əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyəti ilə tanış olmaq və sülhməramlı əməliyyatların planlaşdırılması və keçirilməsində təcrübə mübadiləsidir.

Səfər çərçivəsində, Azərbaycan hərbi nümayəndə heyətinin ukraynalı hərbçilərlə işgüzar görüşləri keçirilir. İşgüzar görüşlərin gedişində ukraynalı hərbçilər öz azərbaycanlı həmkarlarını Ukrayna Silahlı Qüvvələri bölmələrinin müxtəlif beynəxalq təşkilatların himayəsi altında sülhməramlı əməliyyatlara hazırlığı və bu əməliyyatlarda birbaşa iştirakı məsələləri, Ukrayna Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyətinin qanunvericilik aspketləri ilə tanış edəcəklər.

Bundan əlavə sülhməramlı əməliyyatların planlaşdırılması və bu əməliyyatlarda iştirakın hərtərəfli təmin edilməsi məsələləri üzrə təcrübə mübadiləsi aparılır.

Azərbaycan hərbi nümayəndə heyətinin Ukraynaya səfəri martın 27-dək uzanacaq.

Xəbər lenti

Xəbər lenti