...

Ukrayna prezidentinin Azərbaycana səfəri Kiyev sammitindən sonra baş tutacaq – səfir

Siyasət Materials 11 Aprel 2008 10:40 (UTC +04:00)
Ukrayna prezidentinin Azərbaycana səfəri Kiyev sammitindən sonra baş tutacaq – səfir

Ukrayna, Kiyev, 10 aprel / Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri 2008-ci il mayın 22-23-də Kiyevdə keçiriləcək Energetika sammitindən sonra baş tutacaq. Bu barədə Trend a cümə axşamı Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Tələt Əliyev məlumat verib.

Əvvəllər verilən məlumata görə, Yuşenkonun Azərbaycana səfəri zamanı Bakıda Ukrayna şairi Taras Şevçenkonun heykəlinin açılış mərasimi keçiriləcək.

"Düşünürəm ki, Viktor Andreyeviç Yuşenkonun Azərbaycana səfəri və Taras Şevçenkonun heykəlinin açılışı Kiyevdə keçiriləcək Energetika sammitindən sonra baş tutacaq" - deyə T.Əliyev bildirib. Səfirin sözlərinə görə, V.Yuşenkonun Azərbaycana səfəri hazırda diplomatik yollar vasitəsilə razılaşdırılır.

"Mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri gözlənilir, mayın 22-23-də isə Ukraynada Energetika forumu keçiriləcək" - deyə T.Əliyev əlavə edib.

Səfir həmçinin bildirib ki, Ukrayna baş naziri Yuliya Timoşenkonun Azərbaycana səfəri hazırda razılaşma mərhələsindədir və "indi səfərin konkret trixi barədə danışmaq mümkün deyil".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti