...

DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbərliyi formalaşdırılıb

Siyasət Materials 30 Aprel 2008 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin bu gün Bakıda keçirilən konfransında qurumun Azərbaycan nümayəndəliyinin yeni İdarə Heyəti və nəzarət təftiş komissiyası formalaşdırılıb. Trend un məlumatına görə, DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə yenidən İsmayıl Ağayev namizəd olub. 130 nəfərin iştirak etdiyi konfrans Ağayevin Azərbaycan nümayəndəliyinin rəhbəri olmasını qurultaya tövsiyə edib. DAK-ın mayın 24-25-də Almaniyanın Köln şəhərində keçiriləcək qurultayında o, bu vəzifəyə təsdiq ediləcək.

Konfransda həmçinin DAK-ın X qurultayına Azərbaycandan 100 nəfərə yaxın nümayəndə seçilib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti, həmçinin Azərbaycanın milli maraqlarının dünyada müdafiəsi uğrunda mübarizə aparır.

DAK-ın İdarə Heyəti ötən il DAK-ın qurultayında sədr seçildmiş Qulamrza Səbri Təbrizinin vəzifəsindən azad olunması barədə qərar çıxarıb və Sabir Rüstəmxanlını növbəti qurultaya qədər DAK-ın sədri seçib. Təbrizi isə bu qərarı qanunsuz sayır və özünün DAK-ın sədri olduğunu iddia edir. Təbrizi və tərəfdarları iyunun 24-26-da Brüsseldə DAK-ın X qurultayını keçirməyə hazırlaşırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti