Azərbaycan, Bakı, 02 may/ Trend /Prezident İlham Əliyev Lex Kaçinskiyə Polşanın milli bayramı - Konstitusiya günü münasibətilə təbrik məktubu göndərib. Azərbaycan-Polşa münasibətlərinin həm ikitərəfli qaydada, həm də beynəlxalq, regional qurumlar və layihələr çərçivəsində əməkdaşlığından razılıq qeyd olunan məktubda əlaqələrin daha da genişləndiriləcəyinə inam ifadə edilib.Prezident Əliyev dost Polşa xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.