...

Rusiya 2010-cu ilə qədər Azərbaycanla ticarət dövriyyəsini dörd milyard dollara çatdırmağı planlaşdırır - Boris Qrızlov

Siyasət Materials 13 May 2008 13:50 (UTC +04:00)
Rusiya 2010-cu ilə qədər Azərbaycanla ticarət dövriyyəsini dörd milyard dollara çatdırmağı planlaşdırır - Boris Qrızlov

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir İ.Əlizadə/ Rusiya 2010-cu ilə qədər Azərbaycanla ticarət dövriyyəsini dörd milyard dollara çatdırmağı planlaşdırır. "Bunun üçün real imkanlar var",- deyə Rusiya Parlamentinin Aşağı palatası-Dövlət Dumasının sədri Boris Qrızlovun çərşənbə axşamı Bakıda Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovla görüşündə bildirib.

Trend -un məlumatına görə, Qrızlov qeyd edib ki, hazırda Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,5 milyard dollardır. İlin sonuna qədər bu rəqəmin iki milyard dollara çatdırılması nəzərdə tutulub.

Çərşənbə axşamı Qrızlovun Azərbaycana səfəri başlayıb. O, əvvəlcə Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

"Azərbaycan və Rusiya biznesmelərinin qarşılıqlı olaraq yatırdıqları investisyaların qorunması üçün "İnvestisyaların qarşılıqlı qorunması haqqında" qanunun qəbul olunmasına ehtiyac var", -deyə Qrızlov əlavə edib.

Onun fikrincə, Moskva-Bakı-Tehran dəmir yol xəttinin çəkilməsi üçün beynəlxalq konsorsumun yaradılması vacibdir: "Rusiya dəmir yolun çəkilməsini və bunun üçün beynəlxalq konsorsumun yaradılmasını dəstəkləyir".

Qrızlov bildirib ki, Rusiyanın "Rusalminium" şirkəti Azərbaycanda almnium istehsalı ilə məşğul olan kombinat tikmək istəyir.

Azərbaycanda 391 Rusiya şirkəti fəaliyyət göstərir. Onlardan 174-ü Azərbaycan-Rusiya birgə müəssisələridir. 91 şirkət tam olaraq Rusiyaya məxsusdur, 124 şirkət isə filal və nümayəndəlikdir.

Duma sədrinin daha sonra Baş nazir Artur Rəsizadə və prezident İlham Əliyevlə görüşləri nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti