...

Bir sıra ölkələrin birinci xanımları Azərbaycana səfərə gəlirlər

Siyasət Materials 9 İyun 2008 12:10 (UTC +04:00)
Bir sıra ölkələrin birinci xanımları Azərbaycana səfərə gəlirlər

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir S.Ağayeva/ Bir sıra ölkələrin birinci xanımları Azərbaycana səfərə gəlirlər.

Polşanın birinci xanımı Mariya Kaçinski (Maria KACZYNSKI), Latviyadan Lilita Zatler (Lilita ZATLERE), Anqoladan Anna Paula Dos Santos (Ana Paula DOS SANTOS), Cənubi Afrikadan Zanale Mbeki (Zanele MBEKI), Türkiyə Baş nazirinin həyat yoldaşı Əminə Ərdoğan (Emine Erdogan), Texas qubernatorunun arvadı Anita Perri (Anita Perry), Argentina vitse-prezidentinin həyat yoldaşı Marta Kristina Çerutti de Kobos (Marta Cristina CERUTTI DE COBOS), Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova (Svetlana Orlova) iyunun 10-11-də Azərbaycan paytaxtında keçiriləcək "Mədəniyyətlərarası dialoqda qadınların rolunun möhkəmləndirilməsi" adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya səfərə gəlirlər.

Forum Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti