...

ABŞ Azərbaycanla təhlükəsizlik məsələsi üzrə işi davam etdirir - ABŞ Dövlət Katibinin müavini (video)

Siyasət Materials 2 Oktyabr 2008 18:50 (UTC +04:00)
ABŞ Azərbaycanla təhlükəsizlik məsələsi üzrə işi davam etdirir - ABŞ Dövlət Katibinin müavini (video)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycanla təhlükəsizlik məsələsi üzrə işi davam etdirir, - Bakıda mətbuat konfransında ABŞ Dövlət Katibinin birinci müavini Con Neqroponte (John D. Negroponte) deyib.

"Biz enerji məsələlərində bu region və Avropa arasında həmişə tərəfdaş olmuşuq. Bizim tərəfdaşlığımız dərinləşir, biz Bakı -Tbilisi - Ceyhan neft boru kəmərinə böyük diqqət yetiririk", - o deyib.

Neqropontenin səfəri Azərbaycanda keçiriləcək prezident seçkilərinə iki həftə qalmış baş tutub.

"Azərbaycan üçün bu seçkilər onu demokratik, düzgün və şəffaf keçirməklə, demokratiyaya sadiqliyini nümayiş etdirmək üçün bir üsuldur", - ABŞ Dövlət Katibinin birinci müavini vurğulayıb.

O, Azərbaycanın üç müxalifətçi jurnalistinin həbsxanada olmasını xatırladıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti