...

Azərbaycanın xarici işlər və təhsil nazirləri Qazaxıstana səfər edəcəklər

Siyasət Materials 4 Oktyabr 2008 00:48 (UTC +04:00)
Azərbaycanın xarici işlər və təhsil nazirləri Qazaxıstana səfər edəcəklər

Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir N.Abdullayeva/ Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Qazaxıstanda oktyabrın 17-də keçiriləcək "Qərb-Şərq" forumuna dəvət edilib. Bunu cümə günü Trend -a Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.

"Forumda Qərb və Şərq mədəniyyətlərinin yaxınlaşması ilə bağlı məsələlər müzakirə olunacaq", - deyə o bildirib.

Oktyabrın 24-də Qazaxıstana həmçinin Azərbaycanın təhsil naziri Misir Mardanov səfər edəcək. O MDB-nin təhsil üzrə sammitində iştirak edəcək.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti