...

Aİ regionda daha fəal mövqe tutmalıdır – Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 7 Oktyabr 2008 18:16 (UTC +04:00)
Aİ regionda daha fəal mövqe tutmalıdır – Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Böyük Britaniya, London, 07 oktyabr/ Trend , müxbir G.Əhmədova/ Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda daha fəal mövqe tutmasında maraqlıdır.

"Avropa İttifaqı regionda çox zəif mövqe tutur və öz rolunu fəallaşdırmalıdır", - Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev çərşənbə axşamı Londonda bildirib. Aİ, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı mövcud münaqişələrin həllində xüsusilə mühüm rol oynaya bilər, - Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (The International Institute for Strategic Studies - IISS) təşkil etdiyi "Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" beynəlxalq konfransında çıxış edən Nuriyev bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.  1992 -1993 - cü illərdə, Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Azərbaycan ABŞ, İran, Türkiyə və Avropa İttifaqı ilə praqmatik çoxvektorlu münasibətləri inkişaf etdirir, - Mərkəzin rəhbəri bildirib. "Ölkə yeniləşmə yolu ilə gedir, Cənubi Qafqazda iqtisadi baxımdan inkişaf etmiş liderdir, regional və beynəlxalq iqtisadi layihələrdə iştirak edir. Lakin Ermənistan - Azərbaycan münaqişəsi regionda əməkdaşlığın inkişafına ciddi maneə törədir", - o bildirib.

"Biz Avropa İttifaqını münaqişənin həllində daha fəal iştiraka, regionda sülh və sabitliyin bərpa edilməsinə yardım etməyə çağırırıq", - Nuriyev bildirib.

Konfransın işində məşhur britaniyalı politoloqlar, iqtisadçılar və Böyük Britaniyada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edirlər.

Aİ ölkələrində ümumilikdə Cənubi Qafqaz regionuna və eləcədə də Azərbaycana artan marağı nəzərə alan Dəyirmi masa təşkilatçıları, Azərbaycan - Avropa münasibətlərinin hazırki vəziyyəti və inkişaf perspektivlərinin təhlili də daxil olmaqla, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin müxtəlif məsələləri üzrə canlı müzakirələr və geniş rəy mübadiləsi aparıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti