...

Seçkilərin nəticələrinə ciddi təsir edə biləcək qanun pozuntuları qeydə alınmayıb – Azərbaycan prezidentliyinə namizəd

Siyasət Materials 15 Oktyabr 2008 14:31 (UTC +04:00)
Seçkilərin nəticələrinə ciddi təsir edə biləcək qanun pozuntuları qeydə alınmayıb – Azərbaycan prezidentliyinə namizəd

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir K.Zərbəliyeva/ Müxalif "Ümid" Partiyasından Azərbaycan prezidentliyinə namizəd İqbal Ağazadə Bakı şəhəri Nərimanov rayonunun 19 saylı seçki dairəsində səs verib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

"Seçkidə şansımı qiymətləndirmək üçün deyil, qalib gəlmək üçün iştirak edirəm", - deyə Ağazadə jurnalistlərə bildirib.

Namizəd səslərin ədalətli hesablanacağına ümid edir. Onun partiyasının nümayəndələri 75 seçki məntəqəsində müşahidə aparıblar.

"Seçkinin nəticələrinə ciddi təsir edə biləcək qanun pozuntuları qeydə alınmayıb", - deyə o bildirib.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti