...

Azərbaycanda prezident seçkisində seçicilərin iştirakı 75,65 faiz təşkil edib - MSK

Siyasət Materials 15 Oktyabr 2008 22:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend müxbir C.Babayeva/ Bakı vaxtı ilə saat 19.00-a Azərbaycan prezidenti seçkisində seçicilərin iştirakı 75,65 faiz təşkil edib, MSK xəbər verir.

Ölkənin qeydiyata alınmış 4 866 582 seçicisindən 3 681 529 nəfəri səs verib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti