...

Azərbaycanın daha bir müxalifət partiyasının prezidentliyə namizədi seçkidə məğlub olduğunu etiraf edib (video)

Siyasət Materials 15 Oktyabr 2008 22:57 (UTC +04:00)
Azərbaycanın daha bir müxalifət partiyasının prezidentliyə namizədi seçkidə məğlub olduğunu etiraf edib (video)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə prezident seçkisində İlham Əliyevin qalib gəldiyini etiraf edib.

"Seçkidə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev qalib gəlib" çərşənbə günü keçirdiyi mətbuat konfransında Ağazadə bildirib.

Onun sözlərinə görə, partiyanın müşahidəçiləri 75 seçki dairəsində müşahidə aparıblar. Ağazadə 48 dairədəki səsvermənin nəticələrini əldə edib.

"Bu nəticəyə görə seçiciləri 10-12 faiz səsini qazanmışam" Ağazadə əlavə edib.

Acazadənin sözlərinə görə, seçkidə xırda qanun pozuntuları qeydə alınıb və bu pozuntular barədə Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti