...

Gürcü tərəfi Rusiyanın Cenevrədəki mövqeyini destruktiv kimi qiymətləndirib

Siyasət Materials 17 Oktyabr 2008 17:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Rusiya Cenevrədə Gürcüstan - RF münaqişəsi ilə bağlı danışıqlarda destruktiv mövqe tutub", - Gürcüstanın ATƏT-dəki səfiri Viktor Dolidze bildirib. Onun sözlərinə görə, "gürcü nümayəndə heyəti, ilk növbədə, Gürcüstan - Rusiya münaqişəsi məsələsini gündəliyə çıxarıb və diqqəti Rusiyanın ı destruktiv roluna yönəldib".

Dolidze qeyd edib ki, Moskvanın hərəkətləri nəticəsində, dünyada Gürcüstana qarşı tənqidi münasibət yaranıb. Söhbət separatçı Abxaziya və Cənubi Osetiya regionlarının nümayəndələrinin tam hüquqlu tərəflər kimi danışıqlar stolu arxasında əyləşmək istədikləri zaman Gürcüstanın danışıqlarda iştirakdan imtina etməsindən gedir.

"Gürcüstanın bu möqveyi başa düşülən olub və bu səbəbdən biz tam dəstək almışıq", - Dolidze əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti