Azərbaycan, Bakı, 19 noyabr / Trend /
Azərbaycan prezidenti İlham Əliyev Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Agentliyinin əsasında
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yaradılıb.
Nazirlər Kabinetinə tapşırıb ki,
bir ay müddətində Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsinin
Əsasnaməsinin layihəsini, komitənin strukturunu,
xərclər smetasını və işçilərin
ümumi say tərkibi barədə təkliflərini
hazırlayıb prezidentə təqdim etsin;
qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;
sərəncamdan irəli gələn məsələləri həll etsin.