...

Azərbaycanın siyasi partiyalarında ciddi islahatlara ehtiyac var

Siyasət Materials 20 Noyabr 2008 17:49 (UTC +04:00)
Azərbaycanın siyasi partiyalarında ciddi islahatlara ehtiyac var

Azərbaycan, Bakı, 20 noyabr / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın həm hakim Yeni Azərbaycan, həm də müxalif Böyük Quruluş partiyaları hesab edirlər ki, ölkənin siyasi partiyalarında ciddi islahatlara ehtiyac var. Azərbaycanda proseslərə yeni baxışları olan partiyalara ehtiyac var. Bu barədə cümə axşamı Bakıda "Azərbaycan 21 əsrdə - uğurun strategiyası" mövzusunda keçirilən Dəyirmi masada hakim Yeni Azərbaycan partiyası icra katibinin müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov bildirib.

Trend - un məlumatına görə, Dəyirmi masada siyasi partiyaların cəmiyyətdə rolu müzakirə olunub.

Trend -un arayışı: Azərbaycanda 70 -dən çox siyasi partiya var, onlardan 53 - ü Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Novruzov qeyd edib ki, hər bir dövlətin həyatında siyasi partiyalar mühüm rol oynayır.

"Azərbaycanda 90 - cı illərin əvvələrində xeyli sayda partiya yaranıb. Lakin bu gün onların hamısı fəaliyyət göstərmir. Həmin partiyaların bir həssəsi fəaliyyətini dayandırıb, bir hissəsi baxış və mövqelərini dəyişib, digərləri indi də fəaliyyət göstərir", - deyə deputat əlavə edib.

Novruzov vurğulayıb ki, siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etməkdir və qanun buna tam şərait yaradır: "Əgər hər hansı partiya seçkidə iştirak etmirsə, sosial bazasını itirir və onu dəstəkləyənlər digər siyasi təşkilatların bazasına çevrilir. Azərbaycanda siyasi partiyalarla bağlı ciddi islahatlara ehtiyac var, partiyalar yenidən dövlət qeydiyatından keçməlidirlər, eyni zamanda, partiyaların daxilində ciddi islahatlar aparılmalıdır. Elə partiyalar var ki, onların rəhbəri 20 ildir dəyişdirilmir".

Deputat hesab edir ki, cəmiyyət belə partiyaları dəstəkləmir. Cünki həmin partiyalar cəmiyyətə yeni ideyalar təqdim edə bilmirlər: "Partiyaların daxilində demokratk idarəçiliyin tətbiqinə ciddi ehtiyac var".

Müxalifəti təmsil edən Böyük Quruluş partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu qeyd edib ki, 15 oktyabr prezident seçkilərindən sonra Azərbaycanda partiyalarla bağlı islahatların aparılmısı zərurəti yaranıb.

"Azərbaycanda çoxpartiyalıq mövcuddur. Lakin bu özünü keyffiyətdə deyil, kəmiyyətdə göstərir. Hazırdı partiyalarda böhran yaranıb", - deyə deputat bildirib.

Qəzənfəroğlu deyib ki, partiyaların cəmiyyətdə rolunun artırılması üçun ölkədə proporsional seçki sistemi bərpa olunmalı, partiyalar dövlət büdcəsindən maliyyələşməli və partiyaların seçkidə iştirakına dəstək verilməlidir. Onun fikrincə, Azərbaycanda yeni dövrün tələblərini daha dərindən dərk edən yeni müxalifət partiyalarının yaranması zəruridir.

Xəbər lenti

Xəbər lenti