...

"Şərq tərəfdaşlığı" Avropanın Qonşuluq Siyasətini gücləndirmək məqsədi daşıyır - İsveçin XİN başçısı

Siyasət Materials 28 Noyabr 2008 01:09 (UTC +04:00)

Fransa, Strasburq, 28 noyabr / Trend müxbir A.Məhərrəmli/ "Şərq tərəfdaşlığı" proqramı Avropanın Qonşuluq Siyasətini gücləndirmək məqsədi daşıyır. İsveç və Polşanın irəli sürdüyü proqram Avropa Birliyinin Şurasında dəstəklənib. Belə bir bəyanatla noyabrın 27-də Strasburqda Avropa Şurasında keçirilən brifinqdə İsveçin XİN başçısı Karl Bildt çıxış edib.

Onun sözlərinə görə, sözügedən proqramın irəli sürülməsinin müxtəlif səbəbləri var. "İş ondadır Ki, Cənubi və Şərqi Avropa ölkələri arasında fərqliliklər var. Bəzi Şərqi Avropa dövlətlərinin AB-yə üzv olmaq perspektivi mövcuddur. Qonşuluq Siyasətini aktivləşdirməklə yanaşı biz həmçinin fərqliliyi ortaya qoyuruq", - deyə o vurğulayıb.

Bildt ümidvar olduğunu bildirib ki, "Şərq tərəfdaşlığı" bu ölkələrin AB-yə inteqrasiyası üçün daha aydın yol olacaq. "Bu proqramm iqtisadi, siyasi, ticarət və gigər əməkdaşlıq sahələrini əhatə edir", - deyə diplomat vurğulayıb.

"Şərq tərəfdaşlığı" proqramına AB-nin 27 ölkəsi, habelə Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan daxil olacaq. Bu təşkilatda vizaların ləğvi, azad ticarət zonaların tətbiqi, habelə strateji sazişlərin bağlanması ilə bağlı danışıqlar aparılacaq.

Xəbər lenti

Xəbər lenti