...

NATO Nazirlər Komitəsinin qərarı təsdiq edir ki, Gürcüstan mütləq alyansa üzv olacaq - Gürcüstan XİN rəhbərinin müavini

Siyasət Materials 3 Dekabr 2008 15:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 dekabr / Trend , N.Kirtsxaliya/ Brüsseldə, NATO Nazirlər Komitəsinin qəbul etdiyi qərar bir məna verir - Gürcüstan mütləq alyansa üzv olacaq, - Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze NATO Nazirlər Komitəsinin qərarını şərh edərkən deyib.

Nazirlər Komitəsində Gürcüstan və Ukraynaya illik milli fəaliyyət planı təqdim etmək qərara alınıb.

"Bu qərar diplomatik cəhdlərin nəticəsidir və Gürcüstanın mütləq NATO-ya üzv olacağından, bu prosesə heç kəsin əngəl törədə bilməyəcəyindən xəbər verir", - Kalandadze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın yolunda ÜFP şəkilində baryer yaradılmayacaq. "NATO bizə müəyyən kriteriyaların icrasını təklif edir, onların yerinə yetirilməsi üçün NATO-nun təqdim etdiyi əlavə vasitələr yaradılacaq", - nazir müavini qeyd edib.

Kalandadze onu da vurğulayıb ki, Gürcüstan-NATO komissiyası Gürcüstanın NATO-ya üzvlüyü üçün əsas vasitə kimi qəbul olunub, bu qurum alyansın ölkə üçün müəyyən etidyi tələblərin icrasına nəzarət edəcək.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti