...

Vyanada BMT- nin Qadın Gildiyasının növbəti xeyriyyə bazarı açılıb

Siyasət Materials 6 Dekabr 2008 13:38 (UTC +04:00)

Avstriya, Vyana, 06 dekabr / Trend , müxbir A.Ələsgərov/ Dekabrın 5 - də BMT-nin Vyana bölməsi yanında, "Austria Senter"də "International Bazaar" adlı 40 - cı növbəti ikigünlük xeyriyyə tədbirinin açılışı olub.

"UNWG International Bazaar" - BMT-nin Qadın Gildiyiasında bütün dünyadakı uşaqlara yardım etmək üçün bir araya gələn müxtəlif ölkələrə və dinlərə məxsus qadınların bayramıdır.

Müxtəlif ölkələrdən olan iştirakçılar milli suvenirlər, geyim, və xörəklər satırlar, milli adət - ənənələrlə bağlı broşurlar yayırlar və maraqlı mədəni tədbirlərlə çıxış edirlər.

Bazarın çoxsaylı müştəriləri Azərbaycan səfirliyi diplomatlarının xanımlarının hazırladıqları milli xörəklərimizin və şirniyyatlarımızın dadına baxa biləcəklər. Azərbaycanın milli suvenirləri və xalçaları da satışa çıxarılacaq. Əldə olunan vəsait bütün dünyadakı uşaqlar üçün xeyriyyə layihələrinə yönələcək.

Beynəlxalq xeyriyyə bazarında 80 - dən çox ölkə öz stendini təqdim edəcək. Tədbirdə OPEK, UNFCU kimi beynəlxalq təşkilatlar və mərasimi maliyyələşdirən şirkət və banklar - - Bank Austria Unicredit Group, Casinos Austria və s. təmil olunublar.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti