...

Üzr istəmə kampaniyası Türkiyə - Ermənistan danışıqlarına mənfi təsir göstərə bilər

Siyasət Materials 20 Dekabr 2008 11:01 (UTC +04:00)
Üzr istəmə kampaniyası Türkiyə - Ermənistan danışıqlarına mənfi təsir göstərə bilər

Türkiyənin Xarici İşlər naziri Əli Babacan Türkiyədə həyata keçirilən üzr istəmə kampaniyasını kəskin tənqid edib. Bu barədə CNNTURK məlumat verib.

"Türkiyə ilə Ermənisatn arasında danışıqların davam etdiyi bir vaxtda həyata keçirilən bu kampaniya danışıqlar prosesinə mənfi təsir göstərə bilər", - deyə Babacan bildirib.

Trend - un arayışı: Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Ermənistan və dünyadakı erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915 - ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra dünya ölkələrində qondarma soyqırım təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar.

Babacan üzr istəmə kampaniyasının Türkiyənin xarci işlər nazirliyi üçün xüsusilə narahatlıq doğuran bir məsələ olduğunu bildirib. "Bizim nazirlikdən çox sayda diplomat erməni terroru nəticəsində şəhid olub. Ona görə də, bu cür məsələlərdə bizim nazirlik daha həssasdır", - deyə Babacan əlavə edib.

Xəbər lenti

Xəbər lenti