...

Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycan xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 23 Dekabr 2008 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend / Azrbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.

Tərəflər Aİ - Azərbaycan əlaqələri,  yeni "Şərq Tərəfdaşlığı" Proqramı, regional və beynəlxalq əməkdaşlığın səviyyəsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışan nazir status-kvo vəziyyətinin qəbulolunmazlığınıqeyd edərək, beynəlxalq hüquq normaları prinsipləri əsasında ölkənin ərazi bütövlüyünün ən tez bir zamanda bərpa edilməsinin vacibliyini avropalı qonağın nəzərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti