...

İlham Əliyev və onun həyata keçirdiyi siyasət Azərbaycanın müasir tarixinin ən etibarlı təminatçısıdır - hakim partiyanın sədr müavini

Siyasət Materials 24 Dekabr 2008 13:03 (UTC +04:00)
İlham Əliyev və onun həyata keçirdiyi siyasət Azərbaycanın müasir tarixinin ən etibarlı təminatçısıdır - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir A.Hüseynbala/ Prezident İlham Əliyev və onun həyata keçirdiyi siyasət Azərbaycanın müasir tarixinin uğurlu gedişinin ən etibarlı təminatçısıdır, - bunu "2008 - ci il prezident seçkiləri: inkişafın yeni prespektivləri" mövzusunda bu gün keçirilən konfransda hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, konfransın dekabrın 24 - də keçirilməsi təsadüfi deyil.

"Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ad günüdür. Bu münasibətlə YAP və konfrans iştirakçıları adından cənab prezidenti təbrik edirəm", - Əhmədov əlavə edib.

Əhmədovun sözlərinə görə, 2003 - cü il prezident seçkilərindən ötən dövr ərzində İlham Əliyevin həyata keçirdiyi siyasət, layihələr, bunların əsasında dayanan Heydər Əliyev siyasəti 5 il ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təminatçısı olub.

"Azərbaycan vətandaşlarının rifahı da beş il ərzində əhəmiyyətli dərəcədə yeniləşib və dəyişib. Azərbaycan bir ölkə kimi tanınmaz dərəcədə dəyişib", - YAP-ın sədr müavini qeyd edib.

Əhmədov qeyd edib ki, bunun məntiqi nəticəsi kimi, Azərbaycanın həm regionda, həm də dünyada nüfuzu yüksəlib. Onun sözlərinə görə, İlham Əliyev, prezidentliyinin ilk beşilliyində qazandığı inamın nəticəsində, 2008 - ci il prezident seçkilərində də seçicilərin böyük əksəriyyətinin səsini qazana bildi. Gələn beş ildə Azərbaycan daha da inkişaf edəcək. Məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində YAP da güclənir.

"İndi bu partiyanın üzvlərinin sayı 500 mini keçib. İnsanlar bu partiyaya gəlməklə, İlham Əliyevə olan ümidlərini bir daha sübut edirlər", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti