...

Qırğızıstanın müxalifət partiyaları "Vahid xalq hərəkatı"nda birləşiblər

Siyasət Materials 24 Dekabr 2008 19:34 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 24 dekabr/ Trend , müxbir R.Məşədihəsənli/ Bu gün Bişkekdə "Vahid xalq hərəkatı" yaradılıb. Hərəkata Qırğızıstan Sosial-Demokrat Partiyası, Xalq-İnqilabi Hərəkat, Qırğızıstan Yaşıllar Partiyası, "Asaba" Milli Dirçəliş Partiyası, Ədalət uğrund" hərəkatı, Janı Qırğızıstan, Uluu Birimdik partiyası, "Vahid Qırğızıstan" ictimai hərəkatı, "Akşumkar" partiyası və "Ata-Meken" sosialist partiyası daxil olub.

Vahid xalq hərəkatı Siyasi Bürosunun üzvləri "Birləşmək haqqında müqavilə" və "Yeni müxalifət hərəkatının Əsasnaməsi"ni imzalayıblar.

Birliyin təşəbbüsçülərinin bəyanatlarına görə, bütün adları çəkilən qurumlar yeni hərəkata daxil olmaq barədə müqavilə imzaladıqdan sonra, müvəqqəti olaraq müstəqil fəaliyyəti dayandırmaq barədə qərar qəbul ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti