...

BMT türkmən dlində multimedia proqramı buraxıb

Siyasət Materials 13 Yanvar 2009 15:48 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 13 yanvar/ Trend , müxbir E.Həsənov/ BMT İnkişaf Proqramı (BMTİP) türkmən dilində kompüter savadının müstəqil qavranılması üçün, multimedia proqramı buraxıb, - BMT-nin press-relizində deyilir.

2 min tirajı olan CD- nin informasiya texnologiyalarının tədricən öyrənilməsi üçün səkkiz baza modulu var və özünəməxsus dərs vəsaitidir. Bütün tədris kompakt - diskləri Türkmənistanın məktəbləri, kompüter mərkəzləri, eləcə də bir sıra nazirlik və dövlət idarələri arasında yayılacaq.

Aksiya "Türkmənistanda davamlı insan inkişafına yönələn informasiya texnologiyalarının yayılması" (İnfoTük) layihəsinin tərkib hissəsidir. Layihə, BMT tərəfindən, Türkmənistanın Təhsil Nazirliyinin iştirakı ilə 2005-ci ildən həyata keçirilir. Yerli idarəetmə orqanlarının yardımı ilə layihə çərçivəsində Aşqabad, Marı, Türkmənabad, Türkmənbaşı, Balkanabad, Sərdar, Tecən, Daşoğuz şəhərlərində lokal kompüter mərkəzləri açılıb. Burada informasiya texnologiyalarının əsaslarının öyrədilməsi kursunu keçmək və kompüterdə iş üçün lazım olan əsas ofis proqramları mənimsəmək olar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti