...

Azərbaycan prezidenti Polşanın baş naziri ilə görüşüb

Siyasət Materials 28 Yanvar 2009 21:50 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 28-də Davosda "Konqress" mehmanxanasında Polşa Nazirlər Şurasının sədri Donald Tusk ilə görüşüb.

AzərTAc-ın yaydığı xəbərə görə, görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin siyasi-iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı həmçinin Nabukko layihəsi çərçivəsində enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti