...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunsuz dini ədəbiyyat aşkarlayıb

Siyasət Materials 18 Fevral 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları qanunsuz dini ədəbiyyat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, hər iki qurumun əməkdaşları tərəfindən Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini Ceyhun Abbasovun evindən 19 ədəd qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Azərbaycanda 2008-ci ildə dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Komitədə ekspertizadan keçirilən dini kitabların arasındakı zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir.

Ötən il 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.

2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti