Azərbaycan, Bakı, 25 fevral / Trend Е.Оstapenko /
Çərşənbə günü Almatıda diskriminasiyaya qarşı, etnoslar və dinlər arasında anlaşma, dözümlülük məsələlərinə həsr olunmuş konfransda Qazaxıstandakı dini və etnik müxtəliflik üzrə toplanmış təcrübə, tendensiya və perspektivlər müzakirə olunacaq. Bu haqda konfransın təşkilatçılarından biri olan ATƏT-in press-relizində deyilir.
Konfransın gedişində həmçinin Qazaxıstanın təcrübəsinin ATƏT-in mədəni və dini dialoq, şəxsi azadlıq, dözümlülük istiqamətində və diskriminasiyaya qarşı fəaliyyətinin fəallaşdırılması planında necə istifadə olunması məsələsi də müzakirə olunacaq. Konfransdan əvvəl bu sahədə elmi tədbirlər keçirilib.
Konfransın təşkilatçıları qismində ATƏT-in Astanadakı mərkəzi, Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutu və Qazaxıstan Milli Universiteti "Əl-Fərabi" çıxış edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]