...

Azərbaycan və İrlandiya arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılıb

Siyasət Materials 6 Mart 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir C.Babayeva / 

Azərbaycan Milli Məclisinin cümə günü keçirilən iclasında Azərbaycan və İrlandiya arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması haqda qərar qəbul edilib.

Deputat Rafael Cəbrayılov qrupa sədr təyin edilib. İşçi qrupun digər üzvləri Bəxtiyar Əliyev, Jalə Əliyeva, Dünyamin Xəlilov, Əhməd Vəliyev və Mixail Zabelindir.  

İclasda həmçinin deputat Lalə Abbasovanın Azərbaycan və İsrail arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlüyündən çıxarılması haqda qərar qəbul edilib. Onun yerinə deputat Asim Mollazadə təyin olunub.

Deputat Abbasova fevralın əvvəlində rəsmi Tel-Əvivin fələstinlilərə qarşı həyata keçirdiyi siyasətə etiraz əlaməti olaraq Azərbaycan və İsrail arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupdakı üzvlüyündən imtina etmişdi.

Xəbər lenti

Xəbər lenti