...

Azərbaycanın cənubunda yerləşən dörd seçki dairəsində orta hesabla 14 faizə yaxın seçici səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 10:29 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Lənkəran, 18 mart / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən 75 saylı Lənkəran-Masallı seçki dairəsində saat 10:00-a olan məlumata görə, 13, 5 faiz seçici səsvermədə iştirak edib.

Trend -un bölgə müxbirinə DSK-dan bildiriblər ki, 73 Lənkəran şəhər dairədə isə 10 faiz, 74 saylı Lənkəran kənd dairəsində 14,3 faiz, 76 saylı Lənkəran-Astara seçki dairəsində 13,6 faiz seçici səsvermədə iştirak edib.

Həmin dairələrdə 117 seçki məntəqəsi var. 110 295 nəfər seçici siyahıya alınıb.

1210 müşahidəçi var ki, onlardan 2-si beynəlxalq müşahidəçidir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti