...

Batumidə QİƏT-nın parlament assambleyasının komitəsinin iclası keçiriləcək

Siyasət Materials 27 Mart 2009 17:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtsxaliya/

"Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin otuz ikinci iclası aprelin 7 - 8 - də Batumidə baş tutacaq. Sessiyalar "İnturist-palas" mehmanxanasında keçəcək", - Gürcüstan parlamentində deyilib.

İclası Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani və komitənin sədri Aleksandros Dermentzopulos açacaq.

"QİƏT üzv ölkələrində miqrasiya - sosial və mədəni aspektlər" və "QİƏT üzv ölkələrində uşaqların kommersiya istismarından qorumanın vacibliyi" tövsiyə layihələri müzakirə olunacaq.

Baş Assambleyanın tövsiyə məsələləri üzrə məruzəçisi müəyyən ediləcək. İclasın iştirakçıları Potinin dəniz akvatoriyasına səfər edəcək və aprelin 9-da ölkəni tərk edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti