...

Xarici diplomatlar Gürcüstan rəsmilərini dialoqa çağırırlar

Siyasət Materials 8 Aprel 2009 15:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxaliya /  

Gürcüstanda planlaşdırılan etiraz aksiyalarına bir gün qalmış Gürcüstanda akreditə olunmuş xarici səfirliklərin işçi qrupu ölkə rəhbərliyini və müxalifəti ölkə üçün vacib məsələlərin həlli naminə açıq dialoqa çağırıb.  

Səfirliklərin işçi qrupunun məqsədi demokratik prinsip və prosedurlara dəstəkdən ibarətdir və onlar mütəmadi olaraq iclaslar keçirirlər.
Qrupa ATƏT üzvü olan ölkələrin səfirləri, Avropa Şurasının nümayəndəsi, Avropa komissiyası nümayəndə heyətinin təmsilçisi və BMT-nin regional əlaqələndiricisi daxildir.  
"Səfirlər bütün siyasi qüvvələri, hakimiyyət nümayəndələrini və müvafiq orqanları aprelin 9-da keçiriləcək aksiyalar zamanı demokratik prinsiplərə məsuliyyətlə yanaşmağa və zorakılığa əl atmamağa çağırırlar", - bəyanatda deyilir  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti