...

Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli əməkdaşlığın uğurlu inkişafından razıdırlar

Siyasət Materials 9 Aprel 2009 17:30 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun cümə axşamı təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Dövlət başçıları ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, səfər zamanı imzalanacaq sənədlər Azərbaycanla Ukrayna arasında əlaqələrin daha da dərinləşməsinə yaxşı zəmin yaradacaq.
Prezidentlər ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini söyləyiblər.

Xəbər lenti

Xəbər lenti