...

Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin birgə əməliyyatı zamanı axtarışda olan 10 nəfər saxlanılıb

Siyasət Materials 14 Aprel 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin hər iki ölkənin sərhədyanı ərazilərində keçirdiyi əməliyyat zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 10 nəfər saxlanılıb.

Bu barədə Trend -a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Hər iki ölkənin nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər Qax, Balakən, Zaqatala, Şəki, Qusar, Oğuz, Xaçmaz və Qəbələ rayonlarını əhatə edib.

Tədbirlər zamanı Rusiyanın daxili işlər orqanları tərəfindən axtarışa cəlb edilmiş 4 nəfər, şübhəli şəxs qismində 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 10 avtomat silah, 4 tapança, 39 ədəd yivli və ov tüfəngi, 32 qumbara, 27 adda hərbi ləvazimat, 5322 ədəd müxtəlif çaplı patron götürülüb.
Tədbirlər zamanı 452 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.
Əməliyyatda əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.
Anoloji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti