...

Türkiyə Prezidenti Azərbaycana səfər etməlidir – Müxalifət lideri Dəniz Baykal

Siyasət Materials 21 Aprel 2009 16:40 (UTC +04:00)

Türkiyə Cumhuriyyət Xalq Partiyasını (CHP) lideri Dəniz Baykal ölkə Prezidenti Abdullah Gülün Bakıya  tez bir zamanda səfər etməsinin vacibliyini bildirib. Bu barədə Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.

"Gül  tez bir zamanda Bakıya gedərək yaranan fikir ayrılığını və Azərbaycanın incikliyini ortadan qaldırmalıdır", - o bildirib.

Baykal onu da bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin bərpa edilməsi AKP-nin buraxdğlı ən böyük siyasi səhvlərdən biridir.

"Türkiyə Somaliyə, Bəhreynə göstərdiyi isti münasibəti Azərbaycandan əsirgəməməlidir", - Baykal bildirib.

Baykal hesab edir ki, Türkiyə Ermənistanla münasibətləri gələcəkdə də istədiyi zaman bərpa edə bilər, lakin Azərbaycanı itirsə, bunu bərpa etmək olmayacaq.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir.

2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti