...

Avropa İttifaqı sədrinin Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında sazişin imzalanmasına dair bəyanatı

Siyasət Materials 1 May 2009 13:34 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) sədrlik edən ölkə Rusiya ilə Gürcüstanın separatçı regionları - Abxaziya və Cənubi Osetiya arasında sərhədlərin birgə mühafizəsi haqqında imzalanan sazişlə əlaqədar dərin narahatlığını ifadə edir. Bu 2008-ci il 12 avqust tarixində imzalanan altı bəndlik sazişə ziddir. Bu barədə Aİ-nin bu gün yayılan press-relizində bildirilir.

Aİ-yə sədrlik edən ölkə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam olaraq dəstəklədiyini bildirir.

Rəyasət Heyəti Gürcüstandakı münaqişələrin sülh yolu ilə davamlı nizamlanması məqsədi ilə göstərilən bütün səyləri dəstəkləməyə hazırdır. Təhlükəsizlik məsələləri müvafiq beynəlxalq forumlarda, xüsusilə də növbəti sessiyası 18-19 may tarixlərində keçiriləcək Cenevrə diskussiyalarında müzakirə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti