...

Amerikalı general Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə edir

Siyasət Materials 21 May 2009 12:07 (UTC +04:00)
Amerikalı general Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə edir

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir C.Babayeva /

ABŞ-ın Avropa Komandanlığının komandanı, general Kraddok Bakıda Azərbaycan rəhbərliyi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edir.

Amerikalı general səfər zamanı Azərbaycan rəhbərliyinəİraq, Əfgənistan və Kosovodakı əməliyyatlara, həmçinin terrorizmə qarşı mübarizənin müxtəlif cəbhələrindəki fəaliyyətlərə verdiyi töhvəyə görə ABŞ-ın dərin təşəkkürünü çatdırıb. Bu barədə Trend -a cümə axşamı ABŞ səfirliyindən məlumat verilib. Görüşlərdə həmçinin Əfgənistandakı NATO əməliyyatlarına dəstək layihələri də daxil olmaqla, gələcək əməkdaşlığın mümkün sahələrinin müzakirəsi planlaşdırılır.

1997-ci ildə Azərbaycan Milli Ordsu tərkibində sülhməramlı dəstə, daha sonra isə sülhməramlı batalyon yaradılıb. İraqın çoxmillətli qüvvələri tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 150, Kosovoda isə 34 hərbçisi xidmət göstərib. Azərbaycan hərbçiləri Kosovonun 18 kəndinə nəzarət ediblər. Azərbaycanın Kosovodakı sülhməramlı dəstəsi Türkiyə sülhməramlı qüvvələri tərkibində fəaliyyət göstərib. Kosovonun müstəqil elan olunmasından sonra Azərbaycan öz siyasi əqidəsi nöqteyinəzərindən sülhməramlılarını oradan geri çağırıb.

2008-ci ilin oktyabr ayında Azərbaycan parlamenti Əfqanıstanda xiidmət edən sülhməramlı qüvvələrin sayının iki dəfə artırılması barədə qanun layihəsi qəbul edib. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Kömək Qüvvələri strukturunda 90 Azərbaycan hərbçisi xidmət çəkir. Bu əsgərlər Kabildə patrul xidməti göstərirlər.

Ötən ilin noyabr ayının əvvəlində Azərbaycan missiyanın başa çatması səbəbindən İraqdakı sülhməramlılarını da geri çağırıb.

Xəbər lenti

Xəbər lenti