...

Kanadada Ottava meriyası qarşısında Azərbaycan bayrağı yüksəldilib

Siyasət Materials 29 May 2009 11:19 (UTC +04:00)
Kanadada Ottava meriyası qarşısında Azərbaycan bayrağı yüksəldilib

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Kanadadakı səfirliyi və Ottavada yaşayan Azərbaycan icması 28 may - Respublika Günü münasibətilə Ottava meriyası qarşısında Azərbaycan bayrağının yüksəldilməsi mərasimini təşkil ediblər.

Üç il ardıcıl olaraq keçirilən tədbirdə ilk dəfə olaraq Azərbaycan və Türkiyə səfirləri Fərid Şəfiyev və Rafet Akgünay iştirak ediblər. Tədbirə həmçinin Ottavada yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri də qatılıblar, cümə günü Azərbaycanın Kanadadakı səfirliyinin yaydığı məlumatda bildirilib.  

Azərbaycan Demokratik Respublikasının yaranmasının 91 illiyi ilə əlaqədar Azərbaycan icmasının çoxluq təşkil etdiyi Toronto şəhərində və Kanadanın Alberta əyalətinin mərkəzi Edmontonda da Azərbaycan bayrağı şəhər bələdiyyələrinin qarşısında yüksəldilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti