...

Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələr Bakıda ikinci zirvə toplantısının müzakirəsinə başlayıblar

Siyasət Materials 4 İyun 2009 11:20 (UTC +04:00)

Azərbaycan, Bаkı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin  parlament aparatları rəhbərlərinin bu gün Bakıya səfəri başlayıb.

Trend -un məlumatına görə, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Azərbaycan parlamentləri aparatlarının (baş katiblərinin) Milli Məclisdə keçiriləcək görüşündə Türkdilli Dövlətlərin Parlament Assambleyasının sentyabr ayında Bakıda nəzərdə tutulan ikinci zirvə toplantısına hazırlıq müzakirə olunacaq.

Parlamentlərin aparat rəhbərləri ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını və Şəhidlər Xiyabanını xiyarət ediblər.

Parlament Assambleyasına üzv olan ölkələrdən Özbəkistan və Türkmənistan parlamentləri aparatlarının rəhbərləri Bakıya gəlməyiblər.

Trend -un arayışı: Ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçılarının konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunub. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina edib.

Bu ilin sentyabrında Türk Dövlətlərin Parlament Assambleyasının sammitinin Bakıda keçirilməsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti