...

QHT-lər və müxalifət Tbilisidəki həbsxanaların birinin qarşısında aksiya keçirib

Siyasət Materials 8 İyun 2009 18:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Qeyri hökumət təşkilatları (QHT) və müxalifət 2 saylı Qldansko müəssisəsi qarşısında aksiya keçiriblər və Muxrovansk qiyamının təşkilində şübhəli bilinənlərin azad edilməsini tələb ediblər.

Aksiya QHT koalisiyası tərəfindən təşkil edilib.

"Hüquqlarımız uğrunda koalisiya"nın rəhbəri David Liluaşvilinin bəyan etdiyi kimi, hərbçilərin qiyamın və dövlət çevrilişinin təşkilində günahlandırılması absurddur.

"Avtoritar rejimin iyrənc ittiham ilə həbs etdiyi hərbçilərin hamısının buraxılmasını qəti olaraq tələb edirik", - deyə o bildirib.

Mühafizəkar partiyanın liderlərindən biri Bidzina Qudjabidze bəyan edib ki, müxalifət liderlərinin qiyamın hazırlanmasında iştirakı olmasına dair ifadə vermələri üçün şübhəlilərə təzyiq göstərilir.

Aksiya iştirakçıları, həmçinin 30 gün aclıq aksiyası elan edən, həbs olunan general Koba Kobaladzenin səhhəti barədə tibbi arayış verilməsini də tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti