...

Azərbaycan "Yaşıllar"ı İrandakı seçkiləri demokratik adlandırırlar

Siyasət Materials 24 İyun 2009 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Yaşıllar Partiyası İrandakı seçkiləri demokratik, şəffaf və ədalətli adlandırır.

"İranda keçirilən seçkilər region ölkələri üçün nümunə ola bilər. Ölkədəki seçkiqabağı durum və seçkilərin özü demokratik şəkildə keçib. Seçicilər öz seçimini azad şəkildə ediblər. Qərb mətbuatı da seçkilərin azad və demokratik keçdiyini qeyd edib", - çərşənbə günü mətbuat konfransında partiyanın sədri Mais Güləliyev deyib.

İranda iyunun 12-də prezident seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, 24,5 milyon seçicinin səslərini toplayan Əhmədinejad prezident postuna ikinci dəfə seçilib. Prezidentliyə namizədlərdən Musəvi və Kərrubi seçkilərdə kütləvi saxtalaşdırma hallarının olması barədə bəyanat verərək təkar seçkilərin keçirilməsini tələb edib. Narazı əhalinin çoxminlik etiraz aksiyası polislə qarşıdurmaya səbəb olub. Şənbə günü baş verən aksiya zamanı Tehranda 19 nəfər ölüb, - CNN xəstəxanalrdakı mənbələrinə əsasən məlumat verib. Təsdiqlənməmiş məlumatlara əsasən isə qarşıdurmalar zamanı 150 nəfər ölüb.

"Bəzi xarici qüvvələr İrandakı daxili sabitliyin pozulmasında maraqlıdırlar", - Güləliyev hesab edir. "Seçkilərdən sonra Qərb mətbuatı seçkisonrası prosesi qaralamağa və etnik qarşıdurma yaratmağa çalışır", - o qeyd edib.

Onun sözlərinə görə, Yaşıllar Partiyası insan ölümü faktlarına gətirib çıxaran qarşıdurmalardan təəssüf hissi keçirir. "İran hakimiyyətini də, müxalifətini də zor tətbiq etməkdən çəkinməyə çağırırıq. Heç bir ölkə İranın daxili işlərinə qarşımamalı və hamı İran xalqının seçiminə hörmətlə yanaşmalıdır", - Güləliyev bildirib.

Azərbaycanın Yaşıllar Partiyası 2007-ci ildə yaradılıb. Partiya hələ də Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti