...

Avropa İttifaqı İranı ölüm hökmünü ləğv etməyə çağırır

Siyasət Materials 18 İyul 2009 12:35 (UTC +04:00)
"Aİ yenidən İranda davam edən edam faktlarından dərin narahatlılığını bildirir və bu yaxınlarda İranın Zahidan şəhərində 13 nəfərin edam edilməsini pisləyir", - Aİ-nin İsveç nümayəndəliyinin rəsmi məlumatında deyilir.
Avropa İttifaqı İranı ölüm hökmünü ləğv etməyə çağırır

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir Y.Оstapenko /

"Aİ yenidən İranda davam edən edam faktlarından dərin narahatlılığını bildirir və bu yaxınlarda İranın Zahidan şəhərində 13 nəfərin edam edilməsini pisləyir", - Aİ-nin İsveç nümayəndəliyinin rəsmi məlumatında deyilir.

"Aİ hələ də İranı ölüm hökmünü tamamilə ləğv etməyə və BMT Assambleyasının qətnaməsində göstərildiyi kimi, bu məsələ üzrə moratorium tətbiq etməyə çağırır", - bəyanatda qeyd olunur.

Çərşənbə axşamı İranın Zahidan şəhərində "Condulla" ("Allahın döyüşçüləri") sünni qruplaşmasının 13 döyüşçüsü edam edilib. Döyüşçülər bir neçə ağır cinayət törətməkdə təqsirli biliniblər. "Condulla" bu ilin mayında Zahidanda 25 nəfərin ölümünə, yüzdən çox adamın yaralanmasına səbəb olmuş terror aktına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

İran mənbələrinin məlumatına görə, "Condulla" qruplaşması "Əl-Qaidə" şəbəkəsinə daxildir və İranın sünni əhalisinin kompakt yaşadığı rayonlarda fəaliyyət göstərir. İran əhalisinin əksər hissəsi şiədir.

Ən yüksək cəzaya - asılma yolu ilə edama ağır cinayətlər səbəb olur: adam öldürmə, narkotik ticarəti, homoseksualizm, ekstremist fəaliyyət.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti